Nəhəng çaydan (FOTO)

18 May 2014 17:07 (UTC+04:00)
Çində çaydan formasında sərgi mərkəzi tikiləcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Yantszı çayının və Tayhu gölünün yaxınlığında Vuxi Vanda (Wuxi Wanda) mədəniyyət şəhəri salınır. Şəhərin ilk binası sərgi mərkəzi olub.

Formaca nəhəng bənövşəyi çaydanı xatırladan mərkəz Çində XV əsrdən əldə edilən isin gilindən ənənəvi obyektdir. Binanın hündürlüyü 38,8 metrə çatır, diametri isə 50 metrə yaxındır. 

Tikintidə istifadə olunan əsas materiallar alüminium və müxtəlif ölçülü şüşə panellərdir. Gələcəkdə sərgi mərkəzinin qonşuluğunda otel, tematik attraksionlar parkı və ticarət mərkəzi tikiləcək.