Parisdə Azərbaycan tarixi və mədəniyyəti (FOTO)
18 May 2014 18:00 (UTC+04:00)
Mayın 17-də Azərbaycanın Fransadakı səfirliyinin
təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində qeyd olunan Avropa
"Muzeylər gecəsi" ilə bağlı Parisdəki Azərbaycan Mədəniyyət
Mərkəzində ölkəmizin qədim tarixi və zəngin mədəniyyətindən bəhs
edən eksponatlardan ibarət sərgi açılıb.
Movqe.az AzerTac-a istinadən xəbər verir ki ,
"Açıq qapı" günü altında ilk dəfə təşkil edilən sərgidə qonaqlar
xalqımıza məxsus qədim dövrlərə aid qadın və kişi geyimləri,
müxtəlif silah növləri, misgərlik və dulusçuluq nümunələri, kiçik
həcmli xalçalar, heybələr, xurcunlar, bəzək əşyaları və digər
eksponatlarla tanış olublar.
Qonaqlara Azərbaycan mədəniyyəti və incəsənəti ilə
bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş kitablar,
broşürlar və digər əyani vəsaitlər paylanıb.