Ukraynada 100-ə yaxın itki (VİDEO)

18 May 2014 20:06 (UTC+04:00)
Ukraynada hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən gecə Ukrayna hərbçiləri tərəfindən 100-ə Rusiya meyilli döyüşçü Slavyansk şəhəri yaxınlığında qətlə yetirilib. Bu barədə jurnalist Arkadi Babçenko öz yazısında məlumata verib.

"Bu gün bütün gecə Slavyanskın kənarında, kərpic zavodu ətrafında artilleriya və xüsusi xidmət orqanları işləyirdi. Səhər saatlarında kəşfiyyat orqanları həmin əraziyə daxil oldu. Döyüş iştirakçılarının verdikləri məlumata görə, Rusiya meyilli qüvvələr 100-ə yaxın itki verib".