Ərdoğanın yumruqladığı şəxs ondan üzr istədi

18 May 2014 21:29 (UTC+04:00)
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Soma ziyarəti zamanı marketdə vurduğu şəxs baş nazirdən üzr istəyib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Taner Kuruca adlı şəxs Ərdoğanın onu vurmadığını, əksinə olaraq onu müdafiə etdiyini söyləyib: 
"Mühafizəçilər müdaxilə etmək istəyərkən baş nazir onları kənara itələdi. Mən o görüntülərin yayımlanmasından sonra, internet saytlarına və televiziyalara zəng vurdum. O axşam çıxdığım canlı yayımda isə yalnış sözlər söylədim. Baş nazirdən üzr istəyirəm".

Xatırladaq ki, bir neçə gün öncə Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanmışdı. Baş nazirin maşını daşa basılıb. Ərdoğan marketlərdən birinə girərək etirazçılardan gizlənib. Bu gün isə baş nazirin sığındığı marketdə bir şəxsi yumruqla vurmasını əks etdirən video internetə yüklənib. 

Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Son məlumatlara görə, ölənlərin sayı 301-ə çatıb