Ölkə həftəyə necə hava ilə başlayacaq?
18 May 2014 22:00 (UTC+04:00)
Həftənin ilk iş günü - 19 maya olan hava proqnozu
açıqlanıb.
Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən
verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 16-20° isti, gündüz 30-35° isti, Bakıda gecə
18-20° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer
təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə
55-65 %, gündüz 30-40 % təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Havanın temperaturunun gecə 12-17° isti, gündüz
28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti
olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Temperaturun gecə 15-20° isti, gündüz 27-32° isti
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə
14-19° isti, gündüz 26-31° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən
yağmursuz olacaq. Lakin səhər və axşam bəzi qərb rayonlarında
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 15-20° isti, gündüz 32-37° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturunun 16-20° isti, gündüz 29-34° isti, dağlarda
gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.