Ana və onun 8 aylıq körpəsini maşın öldürdü

18 May 2014 22:37 (UTC+04:00)
Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib

Movqe.az Lent.az-a istinadən məlumatına görə, Bakı-Ələt yolunda "Mercedes" markalı minik avtomobili yolu keçən gənc qadını və qucağındakı 8 aylıq körpəni vurub. 

Zərbənin gücündən ana və onun 8 aylıq balası 15-20 metr kənara düşüblər. Onların hər iki hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar başlanılıb. 

Qəzanı törədən avtomobil və sürücüsü müəyyən edilərək saxlanılıb.