Güldən Türkiyəyə təbrik mesajı

18 May 2014 23:00 (UTC+04:00)
Türkiyə prezidenti Abdulah Gül 19 May Atatürkü Anma, Gənclik və İdman bayramı münasibəti ilə bütün türk xalqını təbrik edib.

Movqe.az Anspress-ə istinadən xəbər verirki, Gül bayramla əlaqədar olaraq yazılı mesaj yayıb.

Mesajın əvvəlində Soma faciəsinə görə bütün türk xalqının dərin bir kədər içərisində olduğu qeyd edilib: "Bu gün bir tərəfdən milli bayramımıza görə qürur hissləri keçiririk, digər tərəfdən isə Somada baş verən faciənin yanğısını ürəyimizdə daşıyırıq. Bir daha çörək pulu arxasınca gedərkən həyatını itirən mədənçi qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Bütün Türkiyənin başı sağ olsun.".

Daha sonra prezident Abdullah Gül 19 may Gənclik və İdman bayramın önəmindən bəhs edib və bütün türk xalqını bayram münasibəti ilə təbrik edib.