Bu günün tarixi (19.05.2014)

19 May 2014 10:45 (UTC+04:00)

Şou-Biz Miladi: 19 may 2014

Hicri: 20 Rəcəb 1435


İlin 139-cu günü

İlin sonuna 226 gün qalır


Bu günün namaz vaxtları


Fəcr - 04.58

Günəş - 06.32

Zöhr - 13.40

Əsr - 18.14

Məğrib – 21.07

İşa – 22.45


1135-ci ildə şair Fələki Şirvani dünyaya gəlib


1584-cü ildə Yapon qılınc ustadı Miyamoto Musaşi dünyaya gəlib


1881-ci ildə Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk anadan olub


1898-ci ildə opera müğənnisi Hüseyn Hacıbababəyov anadan olub


1907-ci ildə Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb


1910-cu ildə xalq şairi Rəsul Rza anadan olub


1910-cu ildə "Halley" quyruqlu ulduzu dünyaya yaxınlaşıb


1919-cu ildə BDU-nun təsis komissiyası yaradılıb


1919-cu ildə Versalda ermənilər Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb


1925-ci ildə amerikalı zənci lider, İslam dinini qəbul etmiş Malcom X dünyaya gəlib


1929-cu ildə ABŞ-da "Oskar" mükafatı təsis olunub


1935-ci ildə şair, tərcüməçi Vladimir Qafarov dünyaya gəlib


1977-ci ildə argentinalı müğənni və aktrisa Nataliya Oreyro anadan olub


1990-cı ildə Ali sovetin sesiyasında Azərbaycan respublikasının prezidenti vəzifəsi təsis edilib


1997-ci ildə Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub


1998-ci ildə Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib


1999-cu ildə Sumqayıt şəhər 8 saylı orta məktəbin hərbi dərsində RQD-5 əl qumbarasının partlaması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb