Cəlilabadda ailə faciəsi

19 May 2014 10:55 (UTC+04:00)

Cəlilabad rayonunda ailə faciəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, rayonun Uzuntəpə kəndində həyətdə su quyusu qazan üç qardaşdan ikisi yaralanıb, biri isə ölüb. Rayon mərkəzindən 18 km aralı olan Uzuntəpə kənd sakini Əliqismət Əsədovun üç oğlu özlərinə məxsus həyətdə su quyusu qazıblar. Diametri təxminən 1 metr dərinliyi 14 metr olan su quyusu ev sahibinin üç oğlu tərəfindən qazılarkən quyuya su dolub. Qardaşlardan ikisi sakinlər tərəfindən quyudan çıxarlıb, digəri - 1986-cı il təvəllüdlü Əsədov Bayram Əliqismət oğlu isə suda boğularaq ölüb.