Bu sualı bilənə 1000 sterliq

28 İyun 2012 15:50 (UTC+04:00)

Movqe.Az bildirir ki, İngiltərədəki Kral Kimya Birliyi, "Mpemba Təsiri" adı verilən bu suala düzgün cavab verə bilən adama 1000 sterlinq (təxminən 1220 AZN) ödəyəcəyini açıqlayıb. Sual isə, "Niyə isti su, soyuq sudan daha tez donar?"

Bu günə qədər buxarlaşma, istilik yayılması, həddindən artıq soyutma kimi nəzəriyyələr qarşıya qoyulsa da bu mövzuyla əlaqədar düzgün bir dəlil tapıla bilməyib. Kral Kimya Birliyi, yaradıcı və göz oxşayan cavabları 30 iyula qədər www.hermes2012.org/ice veb saytında gözlədiklərini açıqlayıb.

Aristoteles və Dekart kimi məşhur filosofların belə cavabını tapa bilmədiyi bu problem, 1968-ci ildə tanzaniyalı universitet şagirdi Erato Mpembanın müəllimi Dennis Osborneyə bu sualı soruşmasıyla yayılıb. Osborne suala cavab verə bilməyib və sonra bununla əlaqədar bir məqalə nəşr edib. Bu sual, o zamandan bəri ‘Mpemba Təsiri' olaraq adlandırılır.