Sabahdan Azərbaycanda havanın temperaturu 4-5 dərəcə düşəcək, şimal küləyi güclənəcək

19 May 2014 12:33 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunacaq ilkin proqnozu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabahdan şimal küləyinin güclənəcəyi gözlənilir.

 

Onun sözlərinə görə, şimal küləyinin güclənməsi nəticəsində ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək.

 

Belə hava şəraiti mayın 20-də və 21-də müşahidə olunacaq.