Azərbaycanlı deputatlar maaşlarını Somaya bağışladı

19 May 2014 14:08 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Movqe.az- azvision.az-a istinadən xəbər verir ki, bu günə olan məlumata görə, kampaniya çərçivəsində 4827 AZN ( 6151 ABŞ dolları) məbləğində vəsait yığılıb. Qeyd edək ki, kampaniyaya Milli Məclisin bir neçə deputatı da qoşularaq Somaya yardım edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Ayaz Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1000 AZN pul köçürüb. Xatırladaq ki, Azərbaycan Türkiyədə mədən partlaması nəticəsində həlak olan şəxslərin yaxınlarına kömək üçün "Mərhəmətinizi əsirgəməyin!" adlı yardım kampaniyasına başlayıb. Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.