Prezident futbolçu olmaq qərarına gəldi

19 May 2014 16:05 (UTC+04:00)

Boliviya prezidenti Evo Morales 54 yaşında peşəkar futbolla məşğul olacaq. 


Movqe.az fanatik.com-a  istinadən  xəbər verir ki, ölkənin  birinci liqasında çıxış edən  "Sport Boysa" klubu ilə müqavilə imzalayan prezident  klubda 10 nömrəli forma ilə çıxış edəcək.


"Sports Boy" klubunun prezidenti Mario Kronenbold jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, "Prezident futbolu çox sevir və yaxşı oynayır. O, klubumuzda  10 nömrəli forma ilə çıxış edəcək. Biz prezidentə əvvəlcədən  oynayacağımız matçların siyahısını göndərəcəyik. O da, oynamaq istədiyi matçları seçəcək.  Və sıx proqramı səbəbiylə hər matçda çıxış etməyəcək, oynadığı oyunlarda isə yalnız  20 dəqiqə forma geyəcək." dedi.