Boşanmaq istəyən həyat yoldaşının dodağını yedi

28 İyun 2012 16:22 (UTC+04:00)

Movqe.Az bildirir ki, İsveçin Karloinska İnstitutunda araşdırma vəzifəsində işləyən bir professor boşanmaq istədiyini söyləyən həyat yoldaşıyla dalaşıb. Dava qızışanda isə özünü idarə edə bilməyən professor həyat yoldaşının dodağını kəsib və əməliyyatla təkrar tikilə bilməsin deyə kəsdiyi parçanı yeyib. İngiltərənin "Daily Mail" qəzetinin verdiyi xəbərə görə, polisə verdiyi ifadədə hücumu planlamadığını izah edən professor sözlərinə belə davam edib:

"Onu öldürmək yox, cəzalandırmaq istəyirdim. Bir neçə dəfə mənə boşanmaq istədiyini söyləyib. Dodağını kəsib yedim. Bir daha bir başqasıyla öpüşməsini istəmirdim."

Adı açıqlanmayan professorun cinayətə törətdiyinə görə mühakimə olunacağı bildirilib.