Bakıda dələduz qadın tutuldu

19 May 2014 18:21 (UTC+04:00)
Dələduzluq etmiş Bakı şəhər sakini Simuzər İbrahimova tutulub.  Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Simuzər İbrahimova mayın 13-də Nurəngiz Hüseyzadənin etimadını qazanaraq 32.000 dollar və 62.500 manatını alıb. Zərərçəkmiş tərəf şikayət ərizəsi ilə polisə müraciət edib.