Futbolçu mundialı buraxa bilər

19 May 2014 18:25 (UTC+04:00)
"Atletiko"nun hücumçusu Dieqo Kosta dünyaçempionatınıburaxa bilər.
Movqe.az xəbər verir ki,bu barədə klubun rəsmi sayıtı məlumat yayıb. 

Bu gün onun meydana qayıdacağı vaxt dəqiq müəyyənləşəcək. Amma hazırda proqnozlar nikbin deyil. Belə ki, həkimlər ilkin müayinə zamanı Kostanın baldır əzələsində dartılma aşkarlayıb. Əgər bu proqnoz təsdiqlənsə, futbolçu mundiala gedə bilməyəcək.