Müğənni Rəqsanə konsert vermək istəyir

28 İyun 2012 16:51 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Rəqsanə konsert vermək istəyir. 

"Böyük bir konsert keçirtmək istəyirəm. Yəqin ki, verəcəyim konsert stadionda keçiriləcək. Mən digərlərindən fərqli olaraq, verdiyim konserti pulsuz edəcəm. Yəni konsertə giriş pulsuz olacaq.

Bundan da əlavə tamaşaçıları mən tərəfdən maraqlı sürprizlər gözləyir. Lakin bu haqda hələ heçnə demək istəmirəm. Vaxtı gələndə hər kəs görəcək", - Rəqsanə deyib.

Türkan Nadirqızı

Movqe.Az