"Arsenal" rəhbərliyi Arsen Vengerə 100 milyon avro verəcək

19 May 2014 20:10 (UTC+04:00)

Arsenal rəhbərliyi yayda transferlərə külli miqdarda pul ayırmağı düşünür.


Movqe.az  ingilis mətbuatına  istinadən xəbər verir ki, klub çalışdırıcısı komandanın titulsuz uğursuz seriyasını qırdıqdan sonra rəhbərlikdən böyük vəsait vədi alıb.Rəhbərlik yayda 100 milyon funt sterlinq ayıracağını söz verib.

Vengerin sözlərinə görə əsas məqsəd Sanya və Fabianskini komandada saxlamaq və hücumçu almaqdır.

Forvard yerinə əsas namizəd Mario Manjukiç və Kərim Benzemadır. Dayaq yarımmüdafiəçisi mövqeyinə isə "Sautgemton"dan Şnayderlen və "Bayer"dən Lars Bender göstərilir.