Kosta finalda olmayacaq

20 May 2014 10:58 (UTC+04:00)

İspaniya millisinin və "Atletiko"nun hücumçusu Dieqo Kosta Çempionlar Liqasının final qarşılaşmasında oynaya bilməyəcək. Movqe.az xəbər verir ki, "Barselona" ilə oyunda xəsarət alan hücumçunun zədəsini final qarşılaşmasına qədər bərpa etmək mümkün olmayacaq. Ancaq verilən məlumatda bildirilir ki, Kosta dünya çempionatının startına qədər hazır olacaq. Futbolçu tibbi müayinədən keçəndən sonra həkimlər belə qənaətə gəliblər ki, zədənin tam bərpası üçün 2 həftə vaxt tələb olunur. Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 24-də Lissabonda keçiriləcək.