Simeone Kostanın yerini argentinalı hüçümçu ilə doldurmağı düşünür

20 May 2014 13:46 (UTC+04:00)

2013/2014 mövsümünün qalibi "Atletiko" "Real"ın keçmiş futbolçusunu transfer etmək istəyir.

Movqe.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone ötən yay "Real"dan  "Napoli"yə transfer olunan Qonzalo İquanin komandasında görməyi planlaşdırır.


Klubun aparıcı futbolçusu Dieqo Kostanı "Çelsi"yə gedəcəyi gözlənildiyi üçün təcrübəli mütəxəssis hücum xəttini argentinalı hücumçu ilə doldurmağı düşünür.


Qeyd edək ki,  bu mövsüm A seriyasında uğurlu oyun sərgiləyən Qonzalo rəqib qapılarına  24 qol vurub və 11 qolun vurulmasında isə əsas pay sahibi olub.