Qənirə Paşayeva və Tünzalə Ağayeva “Söylə nədən?” dedilər

28 İyun 2012 17:09 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva yeni mahnısını tamaşaçılarına təqdim edib. 

Azərbaycanın populyar əməkdar artisti Tünzalə Ağayeva "Söylə nədən?" adlı mahnısını tamaşaçılara təqdim edib. Qeyd edək ki, yeni mahnının sözlərinin müəllifi Qənirə Paşayevadır. Mahnının aranjemanı Bəbur Bəbirova məxsuzdur.

Müğənni qısa bir zamanda mahnıya klip çəkdirməyidə planlaşdırır. Onuda qeyd edək ki, mahnının musiqisi müğənninin özünə məxsuzdur. 

Türkan Nadirqızı

Movqe.Az