Azərbaycanlı model evlənməyəcək? – Fotosessiya

6 Aprel 2012 16:37 (UTC+04:00)

Azərbaycanın populyar modeli Ləman Əlizadə Movqe.Az-a verdiyi açıqlamada evlənmək istəmədiyini iddia etdi.

 

"Mən tez evlənənlərə pis baxıram. Mənim gələcəyim hələ qabağdadır. İndi ailə haqda fikriləşmək istəmirəm. Hər şeyin öz vaxtı var.

 

Mən haqda kimlərinsə nəsə deməyi maraqlı belə deyil. Əsas odur ki, məni tanıyanlar tanıyır. Kiməsə görə durub ailə quran deyiləm ki. Ürəyim nə vaxt istəsə, o vaxtda evlənəcəm. Hal-hazırda isə karyeramla məşğulam", - L.Əlizadə dedi.

 

Model "Həyatınızda sevdiyiniz insan varmı?" sualına isə yoxdur, heç olmasınıda istəmirəm deyə cavab verdi.

 

Türkan Nadirqızı