AŞPA sədri Azərbaycana gəlir

20 May 2014 17:23 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) mayın 22-də Azərbaycana səfər edəcək.


Bu barədə APA-nın Avropa müxbirinə AŞPA-nın mətbuat katibliyindən məlumat verilib.

 

Səfərin məqsədi mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir.

 

AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.

 

O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədrləri ilə görüşəcək.

 

Xanım Brassör mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.