Meqan Foksun hamiləlik fotosessiyası

28 İyun 2012 18:30 (UTC+04:00)
Movqe.Az Daily. Mail-ə istinadən xəbər verir ki, Meqan Foks ilk övladını dünyaya gətirməyə hazırlaşır. Megan Foks 2010-cu ildə Havay adalarında Brayan Ostin Qrin ilə ailə həyatı qurub. Havay adaları bir çox dünya ulduzlarının sevimli istirahət yeri olduğu kimi bu cütlüyün də ən çox vaxt keçirdiyi yerlərdəndir. Fotosessiya zamanı həyat yoldaşı onu gözündən buraxmırdı və hər dəqiqə sevgisini bəlli edirdi. Şəkillərdən isə Meqan Foksun xoşbəxt olduğu açıq-aşkar görsənir.