"Beynəlxalq Freestyle" yarışlarının qalibi şəhərimizin qonağıdır -Foto

20 May 2014 19:14 (UTC+04:00)

Bakının Avro-2020-nin oyunlarının keçirilməsi üçün namizədliyinin irəli sürülməsinin ölkə daxilində təbliğatı məqsədilə, müxtəlif beynəlxalq freestyle yarışların iştirakçısı və qalibi olmuş italiyalı Laura Biondo AFFA tərəfindən ölkəmizə dəvət olunub.  
Movqe.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Laura Biondo Bakının müxtəlif yerlərində quraşdırılmış "Bakı Avro-2020" təqdimat lövhələrinin qarşısında topla davranmaq bacarığını nümayiş etdirib.