PKK-nın Qarabağa yeni köçü başlanır

21 May 2014 10:36 (UTC+04:00)

Ötən ildən etibarən Türkiyədən çəkilən PKK yaraqlıları daha çox Suriya və İraqın şimalına cəmləşməyə başladı. Bu yerlər PKK üçün hər zaman əsas sığınacaqlar sırasında yer alıb. Amma son dövrlərdə İraqın şimalında PKK-nın yenidən sıxışıdırılması müşahidə olunur. Belə ki, Şimali İraqda xeyli sayda PKK təşkilatlarına basqın edilib. Məsələ bundadır ki, PKK ilə Məsud Bərzaninin rəhbəri olduğu Kürdüstan Demokrat Partiyasını (KDP) qarşı-qarşıya gətirən gərginliklər sonda vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, Suriyada fəaliyyət göstərən kürd təşkilatlarının fəaliyyətlərinin qarşısının alınmasından sonra KDP Ərbil bölgəsində PKK ilə əlaqəli təşkilatlara basqın edib. Əməliyyatlar nəticəsində çox sayda adam saxlanılıb.

Məsud Bərzanin əmri ilə PKK ilə yanaşı bir neçə təşkilat və partiyanın da fəaliyyəti dayandırılıb. Qeyd edək ki, bu basqınlar bir müddət öncə Rojava bölgəsində KDP-yə yaxın partiya rəhbərləri və üzvlərinin saxlanılması və bəzilərinin həbs olunmasına cavab olaraq edilib. Bu həraitdə PKK-nın İraqın şimalını tərk etəmyə başlayacağı gözlənir. Suriyada gərgin vəziyyət üzündən təşkilatın buraya gedəcəyi inandırıcı sayılmır. Onların Türkiyə ərazilərinə keçməsi də mümkün sayılmır və bu, Ankara ilə əldə olunan razılaşmalara da ziddir. Bu şəraitdə PKK-nın üz tuta biləcəyi əsas ölkələrdən birinin Ermənistan olması gözlənir. Xatırladaq ki, İrəvanla PKK arasında çoxdandır ki, isti münasibətlər var. Ermənistan ərazisinə gələn PKK-çıların bir qismini həm də Azərbaycanın işğal edilmiş ərazilərinə ötürür. İndi də bu siyasətin davam etdirilməsi gözlənir.

Ermənistanın hakimiyyət dairələri məsələ ilə bağlı hər hansı açıqlama verməkdənqətiyyətlə boyun qaçırsalar da İrəvandakı ictimai və qeyri-hökumət təşkilatları PKKyaraqlılarının Dağlıq Qarabağda istirahət və təlim məqsədilə "tez gələn qonaq"lar olduqlarını deyirlər.

Digər tərəfdən o da məlum həqiqətdir ki, ən müxtəlif terrortəşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşmaları artıq danılmaz fakta çevrilib. Xatırladaq ki, Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş ərazilərindənmüxtəlif terror qruplaşmalarının yararlanmaları barədə rəsmi Bakı indiyədək dəfələrlə bəyanatlar verib.

Digər tərəfdən qeyd olunduğu kimi Ermənistanla PKK terror təşkilatı arasında sıx işbirliyi mövcuddur. Onu da bildirək ki, PKK-nın əsas düşərgələrindən biri də məhz Ermənistanda yerləşir. Əvvəlki kimi, indi də PKK-çılar Ermənistanda çox rahat dolaşır və fəaliyyət göstərir.

Bundan başqa Suriyadan gələn erməni köçkünlər, dünyanın başqa ölkələrindən gələn ermənilər məcburi qaydada Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır. Bu da beynəlxalq konvensiyalara ziddir. Bu məsələ Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT qarşısında qaldırılıb. Qeydj edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Laçın və Kəlbəcərə səfər ediblər. Məsələ iləbağlı onların hesabat hazırlaması gözlənir.

İndilikd əisə məlumdur ki, Suriyadan gələn ermənilər Dağlıq Qarabağda və Laçın rayonunda yerləşdirilirlər. Onların hamısına qaçqın statusu verilib və ermənilərin "Hayastan" fondu tərəfindən maliyyə yardımı alırlar. Onu da qeyd edək ki, Ermənistan hökuməti Suriya ermənilərini vətəndaşlığa qəbul etməyə qərar verib. Hökumət Suriya münaqişəsindən qaçan ermənilərə şəxsiyyət vəsiqəsinin verilməsi üçün büdcədən 41,27 mln. dram (təxminən 100 min dollar) ayırıb. Ermənistan xarici işlər naziri Edvard Nalbadyan Suriya ermənilərinə şəxsiyyət vəsiqəsinin verilməsinə dair layihəni hökumət nümayəndələrinə təqdim edib.

Qeyd edək ki, Suriyada 60 minə qədər erməni yaşayır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra ermənilər bu ölkədən qaçmağa başlayıb. Suriyadan qaçan erməni ailələri əsasən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarında məskunlaşdırılır. Belə iddialar səslənir ki, Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb. PKK-çıları və Suriya ermənilərini Qarabağda yerləşdirməkdə Ermənistanı əsas niyyətlərindən biri də burada kəskinləşən demoqrafiya problemini həll etməkdir.