Barak Obamadan reklam kimi istifadə etdilər

28 İyun 2012 18:59 (UTC+04:00)
Movqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynada küçələrin birində sənəd üçün  foto çəkdirilən obyektin reklam stendində Barak Obamanın şəkli yerləşdirilib. Əlbəttə ki, Barak Obamanın 3x4 şəkili  reklam xarakteri daşıyır. Şəkillərdə Barak Obama polis formasındadır. Maqazinə gələnlər şəkili yerləşdirənlərdən soruşanda: " Bəs nəyə görə Ukrayna prezidentinin şəkili deyil, Amerikanın prezidentinin şəklini qoymusan? " Onlar cavab veriblər ki: " Birdən kimsə Ukrayna prezidentinə çatdırar, ancaq Barak Obamaya məsafə daha uzaqdı".