Nazir Şoyqu ilə görüşəcək
21 May 2014 11:10 (UTC+04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri
Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak
edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov
Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun
dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək
Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak
edəcək.
Səfər zamanı Müdafiə naziri general-polkovnik
Z.Həsənovun Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı
S.Şoyqu və İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə
Dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri
planlaşdırılır.