Hava necə olacaq?

21 May 2014 11:43 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. 
Temperatur gecə 14-18°, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 75 -85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. 
Temperatur gecə 10-15°, bəzi yerlərdə 18°, gündüz 23-28° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
 bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. 
Temperatur gecə 5-10°, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
 bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. 
Temperatur gecə 10-15°, gündüz 22-27° isti olacaq.
  Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında 
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. 
Temperatur gecə 8-13°, gündüz 19-24° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. 
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
 bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. 
Temperatur gecə 15-18°, gündüz 23-28° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-19° isti təşkil edəcək.