Facebook lezbiyan öpüşünü profillərdən sildi

21 May 2014 13:48 (UTC+04:00)

Facebook "Beynəlxalq Homofobiya və Transfobiya əleyhdarlığı Günü" münasibətilə paylaşılan lezbiyan öpüşləri fotolarını sildiyi üçün tənqidlərlə üzləşib. Bu haqda Movqe.az "Metro"ya istinad edir.  Şəkil 28 yaşlı italyan vətəndaşı Karlotta Trevisan tərəfindən sosial mediada paylaşılmışdı. Xanım Trevisannın profilindəki foto 3 gün sonra facebook tərəfindən silinb. "The Local"a müsahibə verən Trevisan sadecə öpüş əks olunan fotonun necə pornoqrafik məzmunlu qəbul edilməsini anlamadığını söyləyib. O, eynicinsli olmadığını söyləsə də, homoseksualların hüquqlarının qorunmasıyla bağlı etirazlarda iştirak edib, onların hüquqlarının qorunması üçün hökümətə qarşı mübarizə aparıb. Xanım Trevisan LGBT təşkilatının əsas hüquqlarının İtaliyada hələ də tam keçərli olmadığını söyləyib.

 Beynəlxalq Homofobiya və Transfobiya əleyhdarlığı Günü (İngilis dili: International Day Against Homophobia and Transphobia), Homofobiya və transfobiyaya qarşı mübarizə etmək məqsədi ilə qeyd olunan bir gündür. Hər il 17 mayda müxtəlif fəaliyyətlərlə qeyd olunur. Günün məqsədi fərdləri maarifləndirmək, LGBT hüquqlar lehinə nümayiş və gedişlərlə LGBT hüquqları pozuntularına, ayrı-seçkiliyə marağı təşviq etmək və beynəlxalq tədbirlər koordinasiya edərək səslərini dünyaya çatdırmaqdır. BMT-də "LGBT İnsan Hüquqları Beynəlxalq Konfransı" təşkil olunmuş və LGBT hüquqları  Montreal Bildirişi nəşr olunmuşdu Bildiriş, bütün ölkələrin bu günü tanımalarını tələb etsə də, indiyə qədər Avropa Birliyi və Braziliya bu günü rəsmi səviyyədə tanıyır.