Karlosa La Liqadan təklif

21 May 2014 14:44 (UTC+04:00)

Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos yeni mövsümdən ispan klubunu çalışdıra bilər.


Movqe.az İspan mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis La Liqada çıxış edən "Qranada" klubuna baş məşqçi vəzifəsinə əsas namizədlərdən sayılır.


Tərəflər arasında danışıqlar müsbət nəticə versə, Karlos gələn ildən "Qranada"nı çalışdıracaq.


Qeyd edək ki, Braziliyalı mütəxəssisin çalışdırdığı "Sivasspor"klubu cari mövsümü 5-ci yerdə başa vurmaqla, Avro Liqada iştirak hüququ qazanıb.