Azərbaycanda yeni akademiya yaradılır

21 May 2014 14:56 (UTC+04:00)
"Azərbaycan gömrük akademiyası bu ilin sentyabrından fəaliyyətə başlayacaq".  ANS PRESS-in məlumatına görə, bunu dövlət gömrük komitəsinin sədri Aydın Əliyev deyib. O bildirib ki, tələbələrin qəbulu TQDK tərəfindən aparılacaq. "Biz artıq növbəti tədris ilində 40 tələbə qəbul etməyə hazırıq. Onlar əlbətdə ki, gömrük spesifikasını nəzərə alaraq iqtisadiyyat və digər başqa fakültələrdə təhsil alacaqlar". 
Onun sözlərinə görə, ali məktəbin işi üçün lazım olan infrastruktur artıq hazırdır: "Birinci mərhələdə müəllim heyəti yerli mütəxəssislərdən ibarət olacaq. Gələcəkdə isə xarici müəllimlər də dəvət olunacaq. Biz xarici ekspertlərin ali məktəbə mütəmadi olaraq dəvət etmək niyyətindəyik".