Xidmətçinin üzərinə qaynar su tökdü

21 May 2014 16:21 (UTC+04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda qəhvə hazırlamaqda gecikdiyi üçün sahibinin  anası tərəfindən üzərinə qaynar su tökülərək başdan aşağı yandırılan 23 yaşındakı Flippinli xidmətçi ölkəsinin səfirliyi tərəfindən müdafiəyə alınıb.


Movqe.Az xəbər verir ki, gənc qadınının qohumu onun xəstəxana yatağında çəkilmiş fotoşəkillərini Facebookda paylaşaraq bunları yazıb : "Bu mənim əmimoğludur . Riyadda bir evdə xidmətçi olaraq çalışır. Yanında çalışdığı ailədən bir qadın üzərinə qaynar su tökərək onu bu hala gətirib. "

Adı mətbuata rəsmi olaraq açıqlanmayan, lakin bəzi xəbərlərdə Fatma olduğu bildirilən gənc xidmətçinin üzərinə qaynar su töküldükdən 6 saat sonra xəstəxanaya aparıldığı və rəhbərləri tərəfindən vaxtaşırı döyülüb aç buraxıldığı da iddia edilib.