Bu son dünya çempionatım olacaq

21 May 2014 16:34 (UTC+04:00)

Fransa millisinin yarımmüdafiəçisi Frank Riberi bu il keçiriləcək dünya çempionatının onun üçün son mundial olacağını bildirib.

Movqe.az xəbər verir ki, 31 yaşlı futbolçu bu haqda RTL-ə müsahibə verərkən bildirib:

"Braziliyada təşkil olunacaq dünya çempionatı mənim son mundialım olacaq. 2006-cı ildə gümüş medalı qazanmışdım. Bu dəfə kuboku əldə etmək üçün, komandamla birlikdə əlimdən gələni edəcəm."


Xatırladaq ki, Fransa millisi E qrupunda Ekvador, İsveçrə və Honduras yığmaları ilə mübarizə aparacaq.