Nazirliyə 1637 şikayət daxil olub

21 May 2014 16:44 (UTC+04:00)

Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə yanvar-may ayları ərzində ümumilikdə 2310 müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az -a verilən xəbərə görə, daxil olmuş müraciətlərin 1637-si şikayət xarakterlidir və bunun da 63-ü əsaslı, 998-i əsassız, 576-sı cari problemlərlə bağlı şikayətlərdir. Aidiyyəti üzrə olmayan sualların sayı 33, sorğu xarakterli müraciətlərin sayı isə 640 olub."Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.