Əlində baltayla məktəbə hücum etdi

21 May 2014 19:39 (UTC+04:00)

Şok edən görüntülər Çində baş verib. Movqe.Az xəbər verir ki, bir nəfər əlindəki baltayla kiçik uşaqlara hücum edib. Dəhşətli hadisədə 8 uşaq yaralanıb. 


Şinhua xəbər agentliyi tərəfindən verilən xəbərə görə Çinin paytaxtı Pekində yaranan hücumda yaralanan 8 şagirddən birinin vəziyyəti ağırdır. Digər 7 tələbə isə hadisəni yüngül şəkildə keçirə bilib. 


Təcavüzkar hadisə zamanı polis tərəfindən tutularaq dayandırılıb.