Azərbaycanda bruselyoz mövsümü başlayacaq

6 Aprel 2012 17:00 (UTC+04:00)

2012-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 28 yoluxulma hadisəsi qeydə alınıb. Bu haqda Respublikanın epidemiologiya bölməsindən məlumat verdilər.

 

2012-ci ilin yanvar ayında 12 yoluxma halı qeydə alınıb. Fevralda isə 16 yoluxma olub.

 

Abşeron bölgəsində bir nəfər, Ağcabədidə - iki nəfər, Qəbələdə - üç nəfər, şəmkirdə - 1 nəfər və s. bu xəstəliyə yoluxub. Adətən bu xəstəliyə yoluxma halları daha çox may-iyun aylarında müşahitə olunur. Hal-hazırda bu kimi hallar qeydə alınmayıb.

 

Bruselyoz xəstəliyinə insanlar heyvanlarla ünsiyyətdə yoluxurlar. Bundan da əlavə çiy süd içərkən ehtiyatlı olmaq lazımdır. Yaxşı olardı ki, süd qaynadıldıqdan sonra istifadə olunsun.

 

Qeyd edək ki, Azərbaycanda 2011-ci il ərzində 385 yoluxma halı qeydə alınıb.

 

 

Türkan Nadirqızı