Təyyarədən sürətli qatar

22 May 2014 11:02 (UTC+04:00)

Çinli elm adamları saatda 2 min 900 kilometr sürətə hərəkət edən qatarın prototipini hazırlayıb. Təyyarədən 3.5 dəfə sürətli olan qatar sınağı müvəffəqiyyətlə keçib.


Movqe.Az xəbər verir ki, Çinin Jiatong Universitetinin mühəndis qrupu , magnetism prinsipini istifadə edərək saatda 2 min 900 kilometr sürətlə hərəkət edən bir qatarın ilk nümunəsini hazırlayıb.. Sınaq mərhələsində olan qatara , iki maqnit bir-birini itələmə qaydası ilə inkişaf etdirilmiş " Maglev " yəni "maqnetik olaraq havada tutma , yüksəltmə" terminindən törədilən "Super -Maglev " adı verilib. Bir sərnişin təyyarəsindən az qala 3.5 dəfə daha sürətli olması gözlənilən super- Maglev , ilk sınaq sürüşünü müvəffəqiyyətlə tamamlayıb. Hələlik 66 metrlik bir tuneldə sınanan qatar Paris- Moskva arasında səyahəti bir saatda başa vuracaq.