145 milyon Ebay istifadəçi şifrəsi ələ keçirildi

22 May 2014 11:30 (UTC+04:00)

Amerika internet marketinq firması Ebaydan edilən şərhdə , kompüter piratlarının kiber hücumuyla qarşılaşıldığı və hücum nəticəsində şifrələrin ələ keçirildiyi bildirilib.

Firma , 145 milyon istifadəçidən şifrələrini dəyişdirmələrini istəyib.


Movqe.Az xəbər verir ki, kompüter piratlarının Ebaydan oğurladığı məlumatlar arasında , e- poçt ünvanları , fiziki ünvanlar , telefon nömrələri və doğum tarixləri daxil olmaqla, şifrələnmiş parol və digər şəxsi məlumatların olduğu qeyd edilib. Firmanın açıqlamasında , müştərilərə aid kredit kart məlumatları kimi maliyyə məlumatların təsirlənmədiyi bildirilərək, müştərilərə  xüsusilə başqa saytlarda istifadə etdikləri şifrələri dəyiştirmələri söylənib.



ABŞ-da əvvəllər aprel ayında kompüter piratları tərəfindən , "American Online" (AOL ) firmasının 120 milyon müştərisinə aid e- poçt ünvanı , parol və kontakt siyahısı kimi  informasiyalar ələ keçirilmişdi.