Çarli Çaplinin ssenarisi tapıldı

29 İyun 2012 11:19 (UTC+04:00)

Movqe.Az bildirir ki, Şarlonun yaradıcısı, kino tarixinin gəlib keçmiş ən əhəmiyyətli rejissor və aktyorlarından Çarli Çaplinin əvvəl heç məlum olmayan bir ssenarisi tapılıb. Avropanın ən əhəmiyyətli kino arxivlərindən biri sayılan İtaliyanın Bolonya şəhərindəki "Cineteca de Bologna" Çarli Çaplinə aid əl yazma ilə bir ssenarini aşkar edib. Həyata keçirilməyən ssenari Çaplin tərəfindən 1930-cu illərin sonunda qələmə alınıb. Klassik bir rəqsçinin cəfalı həyatından bəhs edən ssenarinin, 1950-ci ildə həyata vida edən rus əsilli balet Vaslav Nijinskidən ilhamlanılaraq yazıldığı bildirilib. Çaplinin bu il 60-cı yaşına çatan Limelight (Səhnə İşıqları-1952) adlı filmində də bu ssenaridən götürmələr edildiyi söylənilib. Bolonyada təşkil edilən "Yenidən Kəşf edilən Kino Festivalı" daxilində cümə günü dünyaya yayımlanması planlanan ssenarinin bəzi səhifələri isə italyan mətbuatında yer alıb. Ssenari Çaplinin bioqrafiyasını yazan Devid Robinson və Sineteka Çaplin Arxivinin məsulu Sesilia Sensiarelli tərəfindən açıqlanacaq.