Bu da "HTC One M8 Ace"!

22 May 2014 12:54 (UTC+04:00)

Yaxın zamanda tanıdılan HTC-in yeni admiralı "One M8"dən sonra yeni modeli haqqında söz-söhbətlər ortaya çıxmışdı.  Plastik kassalı versiyası ilə yenidən hazırlanan "One M8"in fərqli modeli "One M8 Ace"in görüntüləri də internetə sızıb.


Movqe.Az xəbər verir ki, "One M8 Açe"in texniki xüsusiyyətləri arasında isə 5 düym ölçüsündə və Full HD həllolma dəqiqliyində ekranı diqqət çəkir. Digər tərəfdən 2.5 GHz sürətində işləyən Snapdragon 801 prosessora sahib olan "HTC One M8 Ace"in nümayişinin nə vaxt reallaşacağı isə hələlik müəyyən deyil.