13 yaşından vergili olan ekstrasens: "Ərdə olan qadın gəlir yanıma deyir ki, yoldaşım bir qadınla gəzir"- MÜSAHİBƏ

22 May 2014 16:36 (UTC+04:00)

Onu çoxları "Ekstra Hiss" layihəsindən tanıyır. Bu layihədə iştirakdan sonra uzun müddət səs-sorağı gəlmədi. Amma ara-sıra qalmaqallı proqnozları ilə gündəmə gəlir. Şou-biznes nümayəndələri ilə bağlı sonuncu proqzlarının özünü doğrultması onu daha da məşhurlaşdırmaqla yanaşı, inamı da artırdı. Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini anladınız. Bu dəfəki həmsöhbətimiz ekstrasens, görücü Aqil Məhərrəmovdur. A. Məhərrəmovun Movqe.az-a şou-biznes əhlinin gələcək taleyi ilə bağlı verdiyi qalmaqallı müsahibəsini təqdim edirik. Ataların misalı var. Fala inanma, faldan da qalma. Amma biz öz falımıza deyil, şou əhlinin falına baxdıracağıq. 


- Sizi tanımayanlara özünüzü təqdim edərdiniz. 

- Mən Azərbaycanda "Ekstra Hiss" layihəsinin finalında olmuşam. Təəssüf ki, o sezondan çıxmışam. 5-ci yerə laiq görüldüm. Dəqiq xatırlamıram. Sonra Moskvadakı yarışmaya getmişəm. Ora da özləri dəvət ediblər. Getmişəm, amma iki dəfə imtina etmişəm. Ukraynada keçirilən yarışmada olmuşam. Ancaq müsabiqənin şərtlərində başqa iştirakçıya görə dəyişiklik edilib, mənə gəldikdə isə yox olmaz, dəyişə bilmərik deyiblər. Ona görə də mən çıxmışam. 

- Eşitdiyimə görə, 13 yaşından vergilisiniz...

- Bəli, 13 yaşından vergiliyəm. 2 ay yatıb, ayılmamışam. Dekabrın 31-dən fevralın 27-nə kimi yatmışam, durmamışam. Ayılan zaman hiss etmişəm ki, vergiliyəm.

- Neçə yaşınız var ?

- 22 yaşım var. Nənəm, babam seyiddir. Nənəm öləndə ruhu mənə keçib, seyidliyini mənə verib. Bu hadisə mənim 8 yaşım olanda baş verib. Sonra babam ölüb. Ondan da seyidlik mənə keçib. Amma çox az. Əsas nənəmdən keçib.

- İlk dəfə dediyiniz hansı proqnoz özünü doğrultdu və siz hiss etdiniz ki, həqiqətən də vergilisiniz?

- Fevralın 7-si oyanan zaman bir həftə danışmaq istəsəm də, bunu bacarmamışam. Ancaq su içmişəm. 2 gün sonra isə yemək yeməyə başladım. Amma yenə danışa bilmirdim. Sonra isə anama dedim ki, qonşumuz ölüb. Anam dedi ki, qapının ağzında görüb, indicə salamlaşmışam. Səhər saat 7-də xəbər gəldi ki, həmin kişi rəhmətə gedib. Həmin gün axşamı mən görmüşəm ölüb, səhəri xəbər gəlib ki, həqiqətən də həmin insan ölüb. Daha sonra isə anamın rəfiqəsi bizə gəlmişdi. "Duraki" oynayırdıq. Kartlarda gözümün önünə gəldi ki, həmin qadının oğlu xəstəxanadadır, özünə də dedim. Mənə fikir vermədi. Səhəri anama zəng edib dedi ki, bu uşaqda görücülük var imiş. Anam inanmadı ki,  bizdə nəsildə var belə şeylər. Ancaq qadından-qadına keçir. Qadından kişiyə keçməsi mümkün deyil. Ancaq həmin qadın əlavə etdi ki, yox mənim oğlum əsgərlikdə idi. Ona görə dediyinə inanmadım. Amma ermənilər atəşkəsi pozanda güllə ayağına dəyib, xəstəxanaya düşüb. 

- Nə ilə baxırsınız ?

- Deməli o hadisələrdən sonra 2 il pulsuz baxmışam. Nə pul, nə konfet heç nə götürməmişəm. Sonra 36 kartla baxmışam. İndi isə heç nə ilə baxmıram. Mənə 7 dəfə vergi verilib. Bu axırıncıdır daha vergi verilməyəcək. Kartla baxanda hər şey düz çıxır. Amma kartla baxmaq bu dəqiqə prestij sayılmır. Çünki adi falçılar da kartla baxırlar. Olur bəzən çətinliyə düşürəm. Hər bir ekstrasens çətinliyə düşür və hər birinin dediklərinin 80%-i düz çıxır. Əgər bizim dediklərimiz 100% düz çıxarsa o zaman biz belə çıxır Allahıq ?! Əstəğfullah. Bu doğru yanaşma deyil. Çətinlik olanda mənim böyük kartlarım var, onları açıram. O da, yüzdə bir elə şey olur.

- İnsanın taleyini necə görə bilirsiniz?

- Kino kimi. Qarşımdakı insanın taleyi, keçmişi, bugünü, gələcəyi kino lenti kimi göz önümə gəlir. Sadəcə kadrlar rəngli və rəngsiz olur. Rəngsiz kadrları demək olmaz. O insanın qismətidir. İnsan onu eşidə blməz. Çünki günahdır. İnsan ancaq eşitmək olduğu şeyləri eşidir. Yalnız 30%...

- Sizə kim o siqnalı verir ki, bunu de, onu demə...

- Mələk və şeytan. 

- Şeytan ? Qara magiya deyirlər elə ?

- Məndə hər ikisi var. Düzünü deyirəm. Mən əksəri kimi demirəm ki, məndə ancaq ağ magiyadır. 

- Özünüzü peşəkar ekstrasens hesab edirsiniz?

- Hər kəs də ekstrasenslik var. Amma magiya qanda olur. Bu başqa şeydi.

- Magiya dedikdə xeyir və şər qüvvələr başa düşülür də?

- Xeyr, səhv deyirsiniz. Xeyir və şər qüvvə başqa şeydi. Bir də var magiya.

- Magiya nədir?

- Dua yazdırırsan. Məsələn, bu özü magiyadır. Və onun rəngi yoxdur. Kim rəng qoyur bilmirəm, amma rəngi yoxdu. Məsələn, ərdə olan qadın gəlir yanıma deyir ki, yoldaşım bir qadınla gəzir. Mən yoldaşını o qadından ayırıb, ona qaytarıram. Mən ona yaxşılıq edib, yoldaşını geri qaytarıramsa, digər qadına pislik edirəm. Magiya iki başlıdır. Bəs nə oldu, hər kəs ağ magiya ilə məşğuldur ? Azərbaycanın yarıdan çoxu cadu içindədi. Bəs bu qaranı edən var ya yox ?

- Yoxdur?

- Əlbəttə ki, var.

- Biz müsəlman ölkəsində yaşayırıq da "Quran" əsas götürülür. "Quran" açırlar. Bu özü doğrudurmu?

-Quran duaları ilə də magiya elətdirənlər var. Bu həqiqətdi. Amma mən bunu bəyənmirəm.

- Siz özünüz oxumusunuz "Quran"ı?

- 4 dəfə. Bir dəfə rusca, 3 dəfə Azərbaycanca.

- "Quran"ı kitab kimi açırsınız?

- Əstəğfullah. Quran açanda başında papaq, yanında su olmalıdır. 

- Bəs "Quran" açanlara münasibətiniz necədi?

- Pis baxıram. "Quran" elmini öyrənib, insan həyatını görmək olar. Amma o çox böyük günahdı.

- Özünüzə rəqib görürsünüz?

- Yox. Əksəriyyət ilə münasibətim yaxşıdır. Zirəddin kimi ekstrases Azərbaycanda yoxdur. Amma onu burada bizim şou-nümayəndələri biabır etdilər. 

- Bəlkə Zirəddin özü-özünü yalnış proqnozları ilə biabır etdi?

- Xeyr, Əfruzə. Mən də yalnış proqnozlar vermişəm. Heç kim yalnış proqnoz verməkdən sığortalanmayıb. 100 %-i yalnız Allah bilir. 

- Mənə bir şey maraqlıdır, siyasətlə məşğul olan insanlardan heç sizə müraciət edən olub?

- Bəli, olub. İndi yoxdu hal-hazırda. Amma olub. 

- Onlar nə istəyiblər ?

- Bəzi müqavilələrlə bağlı soruşublar, bağlasınlar ya yox. Siyasi nümayəndələrin ağızlarını bağlatdırıblar ki, onlar söhbətə girişməsinlər. Kimsə yerindən tərpənmək istəmir, amma bilir ki, tərpədəcəklər.Qalmaq istəyir tutduğu vəzifədə... 

- Köməklik etmisiniz?

- Bəli. 

- Nə qədər pul veriblər?

- Kifayət qədər qənaətbəxş demək olar. (gülür-red) Amma məmurlar deyirlər ki, mənim şəxsi həyatıma baxma. Təbii mən istəsəm də baxmaya bilmirəm. Göz önümə gəlir. Amma o barədə danışmıram. Mən tanınmış azərbaycanlı bir siyasətçinin uşağını Amerikada xəstəxanada görmüşəm. Bunu Bakıda yalnız özü və həyat yoldaşı bilir. Bir də mən. Vəssalam. 

- Vanqa .. Bu ad çoxlarına tanışdı. O nə proqnoz qoyurdu hal-hazırda da düz çıxanları var. Bəs sizin elə bir proqnozunuz var?

- Var. Cənubi Amerika materikini tamamilə görmürəm. Çox az qalıb. Əvvəl də demişdim ki, Şimali Amerikanın cənubunda tufan görürəm. Üstündən bir ay keçmədi ki, həmin hadisə baş verdi.

- Bəs Azərbaycanla bağlı nə görürsünz?

- Qarışıqlıq olacaq. Siyasi qarışıqlıq. Çox yaxın zamanda... Hakimiyyət dəyişməyəcək. Bizim yeganə bir Prezidentimiz var. O da İlham Əliyev cənabları. Başqa prezidentliyə namizəd yoxdu. Olmayacaq da. 

- Özünüz barədə soruşum. Ailəlisiniz? 

- Yox.

- Özünüz evlənəcəyiniz yaşı bilirsiniz?

- Bəli 29.

- Necə də əminliklə danışırsınız. 

- Çünki görürəm. 

- Özünüzlə bağlı kiməsə baxdırmısınız?

-Bəli. Moskvada.

-Bizdəkilərə inamırsınız ? Məsələn baxıcı Yeganə haqqında nə deyərsiz?

- O qadın qara magiyadır. Haqq edir. Özü bilər. Siz jurnalistsiz müğənni ola bilərsiz? Yox onun da elə işi budu. Baxmağı zəif olsa da, əməlləri düz çıxır. Ona da qara magiya verilib.


- Özünüzdən, siyasətçilərdən, falçı və ekstraseslərdən danışdıq. İndi də keçək şou-əhlinə. Şou-biznes nümayəndələrindən kimlərsə gəlib, yanınıza ? 

- Sizə bir söz deyim. Siz mənim müştərimsiniz. Gəlsəniz yanıma xoşunuza gələr mən 5 nəfərin içində adınızı açıqlasam ?

-Hə problem deyil. Mən gəlsəm deyərsiniz. (gülürük-red)

- Gələnlər əsasən hansı məqsədlə gəlir?

- Proqnoz verirdim ki, bu tip mahnı oxu. Risk eləmirdi. Amma oxudu və mahnı inanılmaz dərəcədə partladı və həmin müğənnini sevdirdi. Konsertlə bağlı da gələnlər olub ki, nəsə elə uğurlu keçsin konsertim, eləmişəm.

- Şəxsi həyatları ilə bağlı bəs gələnlər olub?

- Olub. Demişəm ərə getməyəcəksən. İnanmayıb. Hələ də həmin müğənni özünə ər axtarışındadı. 

- Elə müğənni olub ki, deyib ki, filan məmurla münasibətim olsun deyə nəsə elə...

-Yox. Yalan danışmayım (gülürük-red) Sevdiyim oğlanı arxaya qaytar fikri ilə gələnlər olub. Amma oğlanın evli olduğunu görmüşəm, ailəsini dağıtmamışam.

- Sizə müraciət edənlərin yaş təbəqəsi, cinsiyyəti?

- 30-50 yaş arası kişilər və qadınlar, gənc qızlar.

-Bakıya təməlli gəlmisiniz?

-Xeyr. Allah eləməsin. Moskvada da yalnız müştəridən-müştəriyə oluram. 

-Bəs nə əcəb Bakıya gəlmisiniz?

-Xalam rəhmətə gedib. 2 uşağı yetim qalıb. Həm də ki, bəzi özünə ekstrases deyənlər var ki, mənəm-mənəm deyirlər. Küylərini yatırmaq lazımdı. Həm də ki, Zirəddinin heyfinə çıxmağa gəlmişəm. Dostluğum yoxdu onunla. Amma heyifini çıxacam.

-Yaxşı indi də fala baxdıraq. Şou-biznes  nümayəndələrinin adını deyək siz proqnoz verin.

-İlhamə Quliyeva- Hıyyyy... Yaxın zamanlarda kişi müğənni ilə qalmaqalı olacaq. 

-Flora Kərimova ilə İlhamə Quliyeva barışacaq?

-Flora Kərimova ilə İlhamə Quliyeva heç vaxt barışmayacaq.

-Aygün Kazımova- "Kral" mükafatı alacaq. 90 % əminəm.

-Röya Ayxan- Heç bir problem görmürəm. Gələn il atası xəstə olacaq.

-Faiq Ağayev- Heç vaxt evlənməyəcək. Sənətlə məşğuldu, amma sənətdən başqa məşğul olduğu işi olacaq. Həyatda çox adam onu aldadıb.İnamsızlıqdan əziyyət çəkir.

-Ayan Babakişiyeva- Onun haqqında danışmaq istəmirəm. Müğənnilər var ki, mən onlar haqqında pis görürəm ona görə danışmıram. Mən Ayanı pis insan kimi görürəm ona görə danışmıram.

-Xatirə İslam – İkinci övladı olacaq.

-Roza Zərgərli – Rozanın şəxsi həyatı qış aylarında qarışacaq. Başı bəlalı "lyubovniki" olacaq. 

-Rəqsanə İsmayılova - Varlı sevgilisi olacaq.

-Zamiq Hüseynov – 4-5 il sonra evlənəcək.

-Namiq Qaraçuxurlu barədə deyirlər nişanlı deyil deyirlər – Üzük görürəm. Nişanlıdır. Toy yay aylarında görünür. Ola bilər avqust ayında toy olsun. 

-Bəs şou-əhlinin övladları ilə bağlı nə deyə bilərsiniz? Ad çəkək. Siz deyin. 

-Aygün Kazımovanın qızı İlqarə Kazımova...

-Yaradıcılıqla bağlı bu qızda heç nə görmürəm. Ailə qurduğu adam azərbaycanlı olmayacaq. Bu illərdə ailə qurmayacaq. Mən o qızı Azərbaycanda yaşayan da görmürəm.

-Mətanət İsgəndərlinin qızı Ülkər...

-Ailə həyatı dəqiq quracaq. Ailəsi dağılmayacaq.

-Kərim Abbasovun yeni doğulan oğlu...

-Kərimin ? Şəkil lazımdı. ( İnternetdən Kərimin və oğlunun şəklini tapıb, ekstrasesə göstəririrk. Aqil bir neçə dəqiqə şəkilə baxdıqdan sonra cavab verir:

-Ata ilə oğul arasında bağlılıq görmürəm.

-Anlamadım. Yəni Kərimin övladı deyil bu balaca ?

-Xeyr. Oğlu kimi təqdim etdiyi uşaq Kərimin öz övladı deyil.

-Rəqsanənin qızı Aysun...

- Dəblə məşğul olduğunu bilirəm. Uğur görünür.

-Siz mənə pulsuz-parasız bütün şou-əhlinin falına baxdırdınız. Belə olmaz axı... (gülür-red) 

-Yaxşı Aqil bəy o zaman burada bitirək və növbəti proqnozlarınızın özünü doğrultduğu günü gözləyək. Uğurlar.

- Çoxsağolun, Əfruzə xanım.


Proqnozlarına görə Aqil Məhərrəmov özü məsuliyyət daşıyır. Nömrəsi: 055 223 66 13


Qeyd edək ki, bu müsahibə Party Pizza restoranında baş tutub. Ünvan: Nərimanov metrosu, Nərimanov parkı yaxınlığında M.Mammadzadeh 13 (www.partypizza.az)