Goranboyu sel basıb

29 İyun 2012 11:29 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Goranboy rayonunu su basıb. 

Qeyd edək ki, Goranboy rayonunun dağlıq ərazilərinə düşən güclü yağışlar nəticəsində rayonun bir necə yaşayış məntəqələrinə zərər dəyib. Rayonun Ağcakənd, Zeyvə, Qızılhacılı qəsəbələrinə güclü sel sularının daxil olması nəticəsində əhaliyə məxsus fərdi təsərrüfatlara və əkin sahələrinə, infrastruktur obyektlərinə zərər dəyib. Goranboy rayonunu əksər hissəsinə elektrik enerjisi təminatı dayanıb.

Hal-hazırda rayonda güclü leysan yağışı davam edir.

Türkan Nadirqızı

Movqe.Az