Döyülən uşağın babası - “Dedi ki, yıxılıb”

22 May 2014 14:21 (UTC+04:00)

Bakının Suraxanı rayonunda yerləşən 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı Nahid Cavadovun babası Racəddin Cavadov hadisə yerinə gəlib.  Movqe.az Apa-ya istinadən xəbər verir ki hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, R.Cavadov nəvəsinin yıxıldığını bildirib: "Nəvəmi heç kim döyməyib. Nahid yıxılıb. O, elə də nadinc uşaq deyil. Yəqin kimsə onu öyrədir. Afaq müəllimə ona çox yaxşı baxır".  

Qeyd edək ki, R.Cavadov Goranboy şəhərində yaşayır.