Nazirlikdən uşaq ölümü ilə bağlı-Rəsmi açıqlama

22 May 2014 15:17 (UTC+04:00)

Azərbaycan Səhiyyə Nazirliyi 3 saylı şəhər Kilinik Xəstəxanasında Fəridə Məhərrəmovanın yeni doğulan körpəsinin ölümünün səbəbini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a bildirib ki, uşağın anası hamiləlik zamanı ilandan qorxaraq güclü stress keçirib. Qadın bununla əlaqədar hətta nevropatoloq tərəfindən müalicə də edilib. Qadının stress keçirməsi onun bətnindəki uşağın qan-damar sisteminə də təsir göstərib. Patologiya ilə doğulan uşaq reanimasiyaya yerləşdirilib. Lakin doğumunun 3-cü günündə uşaq dünyasını dəyişib. A.Qədirli hadisə ilə əlaqədar uşağın ölümünün əvvəlcədən gözlənildiyini də söyləyib.