Planetin atmosferi yox olmaq üzrədir

29 İyun 2012 11:34 (UTC+04:00)

Movqe.az xəbər verir ki, elm xadimləri ilk dəfə günəş sistemi xaricindəki bir planetin atmosferindeki "ölümcül" dəyişiklikləri müşahidə edib. Yer kürəsindən 63 işıq ili uzaqlıqda yerləşən planetin atmosferinin öz ulduzu tərəfindən "udulduğu" müəyyən olunub. NASA-nın "Hubble Space" teleskopu vasitəsilə əldə edilən son araşdırmaları tədqiq edən beynəlxalq səma elmləri üzrə mütəxəssisləri "HD 189733b" adlı planetin atmosferinin qısa vaxtda buxarlaşdığını təyin edib. Ətrafında dövr edən ulduza çox yaxın olan və bir ili 2.2 gündə tamamlayan nəhəng planetin atmosferi kosmosda 482 min kilometr sürətlə hidrogen qazı yayır. Planetin atmosferində hər saniyə 1000 ton qaz buxarlaşır. Öz günəşindən hədsiz dərəcədə istilik alan və səth istiliyi 1900 dərəcəyə yaxınlaşan HD 189733b kosmosa püskürtdüyü qazın qoyduğu iz səbəbilə quyruqlu ulduza da bənzədilir. Araşdırma qrupundan Vinset Bourrier, "Astronomlar neçə ildir ki, buxarlaşmanın detalları barədə mübahisə edirdi. HD 189733b-də gedən proses bu hadisəni anlamaqda bizə ən yaxşı fürsətdir" deyib.