Dünya Kubokunu yandırdılar

22 May 2014 17:36 (UTC+04:00)

Braziliyada keçiriləcək FIFA Dünya Kuboku yarışı öncəsi xoşagəlməz hadisə baş verib.

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Rio de Janeironun Teresopolis əyalətində sərgilənən 6 metr hündürlüyündəki FİFA-nın rəsmi kubok maketi, eləcədə Dünya Kubokunun maskotu "Fuleko"nun maketi və turnirdə istifadə ediləcək futbol topları, şəxsiyyəti məlum olmayan səxslər tərəfindən yandırılıb.


Hadisənin kimlər tərəfindən törədilməsi hələlik bəlli deyil. 


Lakin səlahiyyətli orqanlar hadisəni törədənlərin tapılması üçün istintaq işlərinə başladıldığını və cinayətkarların  tez bir zamanda tapılaraq cəzalandırılacağını bildirdilər.


Qeyd edək ki Dünya Kubokunun açılış mərasimi 12 iyun tarixində start götürəcək.