Erkən nikahlarla bağlı monitorinq keçirilir

22 May 2014 17:37 (UTC+04:00)

"Erkən nikahlarla bağlı  monitorinq  davam edir. Hələ ki,  2014-cü il üçün konkret statistik rəqəmlər hazır deyil".

Movqe.az-ın  xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, Komitə bu statistikanı öyrənmək üçün araşdırmalar aparandan sonra yekun nəticəni açıqlayır: "Eyni zamanda İcra hakimiyyətləri ilə  sıx əməkdaşlıq edirik. Ucqar rayonlarda da  nümayəndə heyətlərimiz araşdırmalar aparır. 18 yaşına çatmayan qızların ailə qurması bizi narahat edir. Buna görə də bu kimi halların qarşısını almaq üçün tədbirlərimiz davam edir".