Galaxy S5 Active görüntüləndi

22 May 2014 19:30 (UTC+04:00)

"Samsung"un suya və toza dözümlü ağıllı telefonu "Galaxy S5 Active"in ilk görüntüləri internetə sızdırılıb. Cihazın maraqlı xüsusiyyətləri var.

Movqe.Az xəbər verir ki, Cənubi Koreyalı texnologiya nəhəngi Samsungun Mobil Dünya Konqresində tanıtdığı admiral gəmisi Galaxy S5 , halı hazırda suya və toza dayanıqlı quruluşu ilə diqqət çəkir. Buna baxmayaraq IP67 sertifikatlı telefonun su keçirməz olaraq xarakterizə edilən sonrakı modeli olacağı deyilən Galaxy S5 Active yalnız hovuzda deyil dənizlərin dərinliklərində də istifadə edilə biləcək.

İçərisində daxili barometr olan ağıllı telefonun  "Active Key" adı verilən xüsusi bir düyməsi də var. Kapasitif düymələrin su altında işləməməsi səbəbi ilə cihazın yan tərəfinə yerləşdirilən mexaniki düymə istəyə bağlı olaraq kameranı və ya istədiyiniz başqa bir funksiyanı aktiv hala gətirə bilir.