Çalhanoğlu: "Ronaldo və Messi kimi ...."

22 May 2014 19:44 (UTC+04:00)

Almaniyanın "Hamburq" klubunda çıxış edən Hakan Çalhanoğlu klubdan ayrılmaq istədiyini bildirib.


Movqe.az fanatik.coma istinadən xəbər verir ki, "Hamburq"da forma geyinən türk əsilli yarımmüdafiəçi Hakan Çalhanoğlu, Avropa klublarında oynamaq istədiyini bildirib.

Bild qəzetinə müsahibə verən 20 yaşlı futbolçu, "Klubdan ayrılmaq istədiyimi rəhbərliyə bildirmişəm. Əsil istəyim Avro Kuboklarda  mübarizə aparmaq və Avropanın ən baxımlı klublarında oynamaqdır. Bu baxımdan Bayer Liverkuzen mənim üçün doğru seçim ola bilər." dedi.


Özünü karyera və fiziki baxımından da inkişaf etdirmək istədiyini bildirən Hakan, "Gələcəkdə bir dünya ulduzu olmaq istəyirəm. Hədəfim Ronaldo və Messi kimi futbolçu ola bilməkdir" dedi.


Qeyd edək ki,Türkiyənin "Qalatasaray", Almaniyanın "Liverkuzen", "Bayer Münhen", İngiltərənin "Çelsi" və "Arsenal" komandaları, Hakanı öz klublarında görmək üçün transfer mübarizəsi aparır.